Türkiyə şəhidlərin qisasını aldı - PKK lideri belə məhv edildi + Video

Türkiyə şəhidlərin qisasını aldı - PKK lideri belə məhv edildi + Video Türkiyə Milli Müdafiə Nazirliyi PKK terrorçularının Suriya qanadının lideri, Sofi Nurettin adı altında gizlənən Halef El- Muhammedin məhv edildiyi anın görüntülərini yayımlayıb.
Kadrlarda Halef El- Muhammedin olduğu bildirilən mağaraya “F-16” qırıcıları vasitəsilə raket zərbəsi endirildiyi görünür.
İnterpolun qırmızı bülleteni ilə axtarılan Muhammed,Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Türkiyə ordusunun ortaq əməliyyatı ilə zərərsizləşdirilib.
Terrorçunun koordinatlarının təyin edilməsindən sonra o, PUA-lar vasitəsilə 24 saat boyunca nəzarətdə saxlanılıb, həmçinin ərazinin təhlili və qiymətləndirilməsi aparılıb.
Göstərilən ərazidə mülki şəxslərin olmadığı barədə məlumatlar əldə edildikdən sonra “F-16” qırıcıları Sofi Nurettin və köməkçilərinin olduğu mağaraya raket zərbəsi endirib.
Türkiyə səlahiyyətlilərinə görə, Sofi Nurettin bu il fevral ayında İraqın şimalındakı Qara bölgəsindəki “Pençe Kartal-2” əməliyyatı zamanı Türkiyə ordusuna müqavimət göstərməyə çalışan terrorçulara rəhbərlik edib. 13 Türkiyə vətəndaşının edam edilməsini əmr edən şəxsin məhz o olduğu bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər