Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşlığına uyğun olaraq universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri müəssisədə istehsalat təcrübəsinə başlayıblar.
Universitetdən bildirilib ki, tələbələr RSXM-nin “Qobu” seysmik stansiyasında olublar. Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev tələbələri seysmik stansiyanın iş prinsipi, istifadə olunan cihaz və avadanlıqlarla tanış edib.
Təcrübədə AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi kafedrasının dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru Emil Qafarov da iştirak edib.
İstehsalat təcrübəsi mayın 25-də bitəcək.
Tehsil-press.az