Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) rəhbərliyi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.
UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov bundan əvvəl də RSXM-də görüş keçirildiyini, universitetin RSXM də daxil olmaqla AMEA-nın Yer Elmləri Bölməsinə aid institutlarla yaxından əməkdaşlıq etmək niyyətini vurğulayıb. Qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində tərəflər arasında təcrübə mübadiləsi, UFAZ-ın tələbələrinin RSXM-də təcrübə keçməsi, RSXM alimlərinin UFAZ-da tədris prosesində iştirakı, eləcə də Azərbaycan və Fransa alimlərinin birgə elmi-tədqiqatlar aparması, beynəlxalq konfransların keçirilməsi və s. məsələlər nəzərdə tutulur.
RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Respublika Seysmoloji Xidmət Mərkəzinin dünyanın bir sıra aparıcı ölkələri və universitetləri ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıraraq, UFAZ ilə əməkdaşlığa açıq olduqlarının bildirib. Bundan əvvəlki müzakirələrdə də bəzi məsələlərə toxunulduğunu xatırladan baş direktor əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu deyib. O, həmçinin ikitərəfli əməkdaşlığın istiqamətləri ilə bağlı proqramın tərtib olunması təklifini irəli sürüb. Görüşdə hazırda Azərbaycandakı seysmik monitorinq şəbəkəsinin işi, eləcə də yeni quraşdırılacaq seysmik stansiyalar barədə məlumat verilib.
Q.Yetirmişli işğaldan azad edilmiş Qarabağda vaxtilə seysmik stansiyaların olduğunu və onların işğal vaxtı ermənilər tərəfindən dağıdıldığını xatırladaraq, həmin ərazilərdə yeni seysmik stansiyaların da quraşdırlacağını qeyd edib.
Müzakirələrin nəticəsi olaraq UFAZ tərəfindən verilən təkliflər nəzərdən keçiriləcək və qarşıdakı perspektivdə tərəflər arasında birgə əməkdaşlığa dair memorandum imzalanması nəzərdə tutulur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
Tehsil-press.az