ADU: Vebinar iştirakçıları təltif olunublar

ADU: Vebinar iştirakçıları təltif olunublar Azərbaycan Dillər Universiteti (ADU) və Türkiyənin Dokuz Eylül Universitetinin birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən vebinarın iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunublar.
Vebinarda iştirak etmiş tələbələr ADU və Dokuz Eylül Universiteti rəhbərliyi tərəfindən imzalanmış sertifikatlara layiq görülüblər. Tələbələrə, həmçinin ADU-nun zəngin kitabxanasından hədiyyələr verilib.
Sertifikat və hədiyyələri iştirakçılara ADU-nun tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova, Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Könül Hacıyeva və Tələbə Elmi Cəmiyyətinin sədri Elşən Məcidov təqdim edib.
Qeyd edək ki, müvəffəqiyyətlə sona çatan vebinar iki ölkənin gənclərinin sıx təmas qurmalarına, dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verəcək.

Tehsil-press.az


Oxşar xəbərlər