Azərbaycan Turizm və Menecment Universitetinə yeni dərsliklər hədiyyə olunub

Azərbaycan Turizm və Menecment Universitetinə yeni dərsliklər hədiyyə olunub Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) kitab fonduna yeni dərsliklər hədiyyə olunub.
Universitetin akademik heyəti və uyğun ixtisas tələbələri üçün nəzərdə tutulan “Marketinqin əsasları”, “Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı”, “Sosial elmlərdə keyfiyyət tədqiqat metodları” və “Kütləvi kommunikasiya mediası” kitabları BP şirkətinin dəstəyi ilə “TEAS-Press” nəşriyyat evi tərəfindən çap olunub. Yeni dərs vəsaitləri “Pearson” nəşriyyatının orijinalı əsasında Azərbaycan dilinə tərcümə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər