Almaniya Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yeni dərsliklər çap olunub

Almaniya Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yeni dərsliklər çap olunub “Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi” ixtisasının kurikulumuna uyğun olaraq altı yeni dərs vəsaiti hazırlanıb.
Təhsil Nazirliyi tərəfindən nəşr hüququ verilən, yeni məzmunlu, praktiki tapşırıqların geniş yer aldığı dərsliklər Almaniya Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə çap olunub.
Xatırladaq ki, Almaniya Əməkdaşlıq Cəmiyyəti tərəfindən 2018-ci il ərzində Avropa İttifaqının maliyyə dəstəyi ilə “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” qrant layihəsi çərçivəsində “Turizm təşkilatçısı”, “Mehmanxana inzibatçısı” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasları üzrə kurikulumlar və 16 modul dərslik hazırlanıb. Modul tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilib və çap edilib.

Tehsil-press.az

Oxşar xəbərlər