“UniLab” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub

“UniLab” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub Xəzər Universitetinin tərəfdaşı olduğu “Erasmus+ UniLab” layihəsi çərçivəsində silsilə görüşlər keçirilir.
bu silsilədən olan növbəti görüşdə “Mövcud və yeni universitet-biznes əməkdaşlığını inkişaf etdirmək üçün strateji plan” müzakirə edilib. Tədbir “MS Teams” proqramı vasitəsilə təşkil olunub.
Qeyd edək ki, “UniLab” layihəsi müəssisə və ali məktəblər arasında tərəfdaşlığın genişləndirilməsi üçün cəmiyyətdə ali sektorun modernləşdirilməsinə töhfə vermək məqsədi daşıyır.

Tehsil-press.az


Oxşar xəbərlər