Xəzər Universiteti: Karyera sərgisi-2021

Xəzər Universiteti: Karyera sərgisi-2021 Xəzər Universiteti Karyera İnkişaf Mərkəzi tərəfindən “UniLab” layihəsi çərçivəsində iyunun 2-də ənənəvi karyera sərgisi keçiriləcək.
Sərgidə 12 nüfuzlu şirkətin nümayəndələrinin iştirakı gözlənilir. Bu sərgidə iştirak etmək tələbələr üçün şirkət nümayəndələri və işəgötürənlər ilə birbaşa ünsiyyətdə olmaq və onları maraqlandıran suallara cavab tapmaq üçün əla fürsətdir. Sərgi Əcəmi Naxçıvani 9 ünvanında yerləşən “Dünya” məktəbinin həyətində təşkil olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər