Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “UniLab” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.
Onlayn formatda keçirilən görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova görüşün məqsədi və müzakirə olunacaq məsələlər haqqında məlumat verib.
Beynəlxalq əməkdaşlıq şöbəsinin layihələr üzrə koordinatoru Leyla Nağıyeva “UniLab” layihəsi haqqında ətraflı danışıb. Layihə çərçivəsində tələbələrin istehsalat prosesindəki fəaliyyətinə xüsusi diqqət ayrıldığını vurğulayıb.
İctimaiyyətlə əlaqələr və Marketinq departamentinin bölmə rəhbəri Şahin Göyüşov tələbələrin istehsalat təcrübəsindən və təcrübə müddətində qarşılaşdığı çətinliklərdən söz açıb.
Sonra təcrübə rəhbərləri və sonuncu kurs tələbələri pandemiya şəraitində istehsalat təcrübəsindəki fəaliyyətlərindən danışıblar. Görüşdə, həmçinin müəssisələrdə təcrübəyə cəlb edilən tələbələrin əsas çətinliklərindən, nəzəri və praktiki bazanın vəhdətinin əhəmiyyətindən, eləcə də müəssisələrlə əməkdaşlıq imkanlarının genişləndirilməsindən danışılıb, bu prosesdə müəssisə və universitet birliyinin nə qədər mühüm rol oynadığı vurğulanıb.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az