“UniLab” layihəsi çərçivəsində virtual görüş

“UniLab” layihəsi çərçivəsində virtual görüş Xəzər Universitetinin tərəfdaş olduğu “Erasmus+ UniLab” layihəsi çərçivəsində növbəti virtual görüş keçirilib.
Görüşdə layihə koordinatoru Karme Royo gündəlikdə duran məsələlər haqqında məlumat verib.
Sonra layihə üzrə görüləcək işlər müzakirə olunub. Qeyd edilib ki, tərəfdaş universitetlər tərəfindən layihə çərçivəsində görülən işlərlə bağlı hesabatlar hazırlanaraq Avropa Komissiyasına təqdim olunacaq.
Görüşdə Sibir Federal Universitetinin hazırladığı universitet-sənaye əməkdaşlığı modeli iştirakçılara təqdim edilib. Tədbirdə layihə çərçivəsində nəzərdə tutulmuş tələbə portalının ilkin versiyası haqqında da məlumat verilib.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər