Millimiz Moldovaya uduzdu

Millimiz Moldovaya uduzdu Futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirilib.
Millimiz səfərdə Moldova yığmasının qonağı olub.
Kişineudakı “Zimbru” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Moldova 10-cu dəqiqədə Damascanın qolu ilə fərqlənib. Oyun rəqibin 1-0 qələbəsi ilə başa çatıb.
Moldova: 23. Avram, 3. Boloqan, 5. Posmak, 4. İqor Armaş (kap.), 15. İon Jardan, 22. Ratsa, 18. Dros, 17. Belousov, 14. Kostrov, 20. Platika, 9. Damaşkan
Azərbaycan: 23. Mehdi Cənnətov, 18. Anton Krivotsyuk, 4. Höccət Haqverdi, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 7. Namik Ələskərov
Qeyd edək ki, yığmamız bundan əvvəlki yoxlama oyunlarında Türkiyəyə 1:2 hesabıyla uduzub, Belarusa isə 2:1 qalib gəlib.

Tehsil-press.az

Oxşar xəbərlər