Qadın futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Yığmamız AVRO-2021-in seçmə qrup mərhələsində Moldova yığması ilə qarşılaşıb. Oyun millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Qeyd edək ki, Siyasət Əsgərovun komandası ilk iki görüşdə İspaniya və Çexiyaya eyni – 0:4 hesabı ilə uduzub.