Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransı başa çatıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunub.
Konfransın bölmə iclaslarında 34 ölkədən 700-ə yaxın nümayəndə iştirak edib. Ümumilikdə 66 bölmədə 444 və 16 vorkşopda 65 məruzə dinlənib. Konfransın məruzələrində mövzuları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağın bərpası ilə bağlı verdiyi tövsiyələr, o cümlədən “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji” kimi yeni inkişaf modelləri nəzərə alınıb. Seminarlar “Ağıllı və dayanıqlı şəhərlər”, “Azərbaycanda postmüharibə dövründə məşğulluq və investisiyalar”, “Gəncə timsalında şəhərlərin brendləşməsi”, “Müasir dünyada rəqəmsal iqtisadiyyat”, “Blokçeyn texnologiyalar və rəqəmsal valyutalar”, “IV Sənaye İnqilabı”, “Sosial biznes və sosial sahibkarlığın iqtisadiyyata təsirləri”, “Azərbaycanda elektron ticarət və elektron ixracat perspektivləri”, “Yaşıl şəhərlər və yaşıl inkişaf perspektivləri”, “Akademik uğurun formulası” və digər mövzular müzakirə edilib.
Məruzələr kitabı Harvard, Oksford, Yale, Stenford, Prinston, Kolumbiya, Toronto, Çikaqo, Dyuk və digər aparıcı universitetlərin, eləcə də “Royal Danish Library”, “British Library”, “Biblioteque Nationale de France” kimi nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdiriləcək.
Konfrans UNEC-in rəsmi feysbuk səhifəsindən canlı yayımlanıb.
Tehsil-press.az