Bu gündən 2021/2022-ci tədris ilində Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi ixtisasında qiyabi təhsilalma forması üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbuluna başlanılır.
Tədris ödənişli əsaslarla distant və ya qiyabi formalarda təşkil edilir. Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla (iş stajı 1 ildən az olmayaraq) Bakı Ali Neft Məktəbi arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidir:
-Rektorun adına ərizə;
-göndəriş-zəmanət məktubu (məktubun əsli poçtla və ya şəxsən təqdim edilir);
-əmək kitabçasının surəti (hazırda işləməsi göstərilmək şərti ilə);
-ali təhsil haqqında sənədin diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri;
-sağlamlıq haqqında arayış;
-şəxsiyyəti təsdiq edən sənəd;
-3x4 sm ölçüdə 4 ədəd fotoşəkil.
Xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra BANM-də təkrar ali təhsil ala bilərlər. Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq hüququ qazanırlar. Qəbul zamanı dövlət orqanlarının tövsiyə məktubu ilə gələn şəxslərə üstünlük verilir.
Sənədlərin qəbulu avqustun 20-si saat 17:00-dək (şənbə və bazar günlərindən başqa) BANM-in Xətai korpusunda (Xocalı prospekti 30, otaq 310) aparılacaq.
Əlaqə telefonu – 012 521 34 54 (daxili: 33039)
E-mail – [email protected]
Tehsil-press.az