Dövlət İdarəçilik Akademiyasında Dövlət Müstəqilliyi Günü qeyd olunub

Dövlət İdarəçilik Akademiyasında Dövlət Müstəqilliyi Günü qeyd olunub Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət Müstəqilliyi Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov ötən 28 il ərzində Azərbaycanın əldə edilən nailiyyətlərdən danışıb, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi və siyasi gücümüzün artdığını bildirib. Qeyd edib ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib.
U.Ələkbərov vurğulayıb ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşib. Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz parçalanma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edildi. Həmçinin ictimai-siyasi sabitlik bərqərar oldu və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradıldı. Dövlət müstəqilliyinin ilk illərində “Müstəqilliyimiz dönməzdir, əbədidir” deyən Ümummilli Liderin Azərbaycanın qüdrətli ölkəyə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Elmi-praktik konfransda Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov çıxış edərək 28 il əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirib, ölkənin əldə etdiyi tarixi uğurlar barədə fikirlərini bölüşüb.

Tehsil-press.az

Oxşar xəbərlər