Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir” mövzusunda elmi konfrans keçirilib.
Aİİ-dən Tehsil-press.az-a bildirilib ki, öncə konfrans iştirakçıları institutunun kitabxanasında ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən, müxtəlif tarixi mövzularda kitablardan ibarət sərgi ilə tanış olublar.
Tarix İnstitutu 300 adda 2000 kitabı institutun kitabxanasına hədiyyə edib.
Aİİ-nin rektoru Ceyhun Məmmədov çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyimizin qorunmasında tarixi xidmətlərindən bəhs edib.
Rektor müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasının xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olduğunu vurğulayıb.
O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında, milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzimizdə, əxlaqımızda, mənəviyyatımızda, dilimizdə, dinimizdə, ədəbiyyatımızda, bir sözlə, maddi və mənəvi mədəniyyətimizin bütün sahələrində istiqamətləndirici məfkurəmiz olmalıdır.
C.Məmmədov qeyd edib ki, Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri də misilsizdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Milli Qurtuluş Gününü müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycan tarixində müstəsna yer tutan günlərdən biri kimi xarakterizə edib.
“Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi”, - deyə Mübariz Qurbanlı qeyd edib. O vurğulayıb ki, ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, bir tarix, salnamə yaradıb, zamanın axarını nizamlamaq qüdrətinə sahib olub. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanılması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Hazırda Prezident İlham Əliyev təməli Ümummilli Lider tərəfindən qoyulmuş iqtisadi və siyasi fəaliyyət strategiyasını uğurla davam etdirir.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanıdılmasında Ümummilli Liderin əvəzsiz rolundan danışıb. O bildirib ki, bu gün Azərbaycanın inkişaf yolu ümummilli lider Heydər Əliyev dühasının işığında aydınlaşır və millətin gələcəyinin daha da parlaq olması üçün möhkəm və sağlam təməllərə əsaslanır.
Akademik ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə respublikada ikinci dəfə hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycanın bütün istiqamətlərdə sürətli inkişafa nail olduğunu nəzərə çatdırıb.
Y.Mahmudov İlahiyyat İnstitutunun yaradılmasının ölkəmiz üçün əhəmiyyətli hadisə olduğunu diqqətə çatdırıb. O, yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması baxımından Aİİ-nin fəaliyyətini yüksək qiymətləndirib.
Aİİ-nin Mətbuat Xidməti