Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Beynəlxalq Qızlar Gününə həsr olunan tədbir keçirilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Beynəlxalq Qızlar Gününə həsr olunan tədbir keçirilib Oktyabrın 10-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 11 oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Qadınlar şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Fazilə Qasımova açaraq Beynəlxalq Qızlar Gününün təsis olunması tarixi haqqında məlumat verib. Diqqətə çatdırıb ki, BMT Baş Assambleyası bu tarixi dünya ictimaiyyətinin diqqətini qızların hüquqlarına və onların qarşılarına çıxan problemlərə cəlb etmək məqsədilə təsis edib. İlk dəfə 2012-ci ildə qeyd edilən Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nikahlarına həsr olunub.
Vurğulanıb ki, Azərbaycanda qadın hüquqları qanunvericilikdə təsbit edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə vaxtaşırı monitorinqlər apararaq uşaqların məktəbdən yayındırılması faktlarını üzə çıxarır və belə halların qarşısını alır.
Tədbirdə, həmçinin Xloroplastların fotokimyası laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Mayaxanım Xanışova, Molekulyar biotexnologiya laboratoriyasının elmi işçisi Aytən Ağayeva, Genomun quruluşu və ekspressiyası laboratoriyasının böyük laborantı Leyla Mehdibəyli çıxış ediblər. Onlar Azərbaycanda da qadın və qızların hüquqlarının qorunması üçün bir sıra tədbirlər həyata keçirildiyini vurğulayaraq qarşıya çıxan problemlərin həll edilməsinin labüd olduğunu qeyd ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər