Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin rektoru, professor Kristian Tietyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə professor Mustafa Babanlı bu ali məktəbin fakültələri, tədris prosesi, startap layihələri, beynəlxalq əlaqələri, HPC mərkəzi və ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib. Almaniya universitetləri ilə əlaqələrdən, mübadilə proqramlarından danışan rektor tələbə və professor mübadiləsi, tədrisdə yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Halle-Vittenberq Universiteti barədə məlumat verən rektor K.Tietye ADNSU ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O, Almaniya ilə mövcud olan mübadilə proqramları çərçivəsində iki universitet arasında əməkdaşlığa başlanmasını zəruri hesab etdiyini bildirib.
Sonra əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
ADNSU-nun Mtbaut Xidmti