AÇ-2020-nin A qrupu çərçivəsində keçirilən Türkiyə – Uels matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Uels yığmasının yarımmüdafiəçisi Qaret Beyl bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu Bakı Olimpiya Stadionunda keçirilən bu matçda komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. Belə ki, komandasının 2:0 hesabıyla qalib gəldiyi görüşdə hər iki qolun ötürməsini Beyl verib. Düzdür, təcrübəli futbolçu 61-ci dəqiqədə penaltidən dəqiq yararlana bilməyib.
Amma bu, onun matçın ulduzu seçilməsinə mane olmayıb.
Tehsil-press.az