Bərbər və gözəllik salonları bu qaydada fəaliyyət göstərməlidir

Bərbər və gözəllik salonları bu qaydada fəaliyyət göstərməlidir Bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir.
“Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.
Qaydalara aşağıdakılardır:
Onlayn növbə qəbul sisteminin tətbiqi;
Əllərin yuyulması: İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;
İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;
Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə
olunmalıdır;
Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;
Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və
əlcəkdən istifadəsi məcburidir;
Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;
Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq
dezinfeksiya edilməlidir;
Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;
Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.

Tehsil-press.az


Oxşar xəbərlər