ADU-da yaz semestrinin imtahanları gün ərzində üç növbədə keçirilir

ADU-da yaz semestrinin imtahanları gün ərzində üç növbədə keçirilir Azərbaycan Dillər Universitetində (ADU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.
Bununla bağlı rektor Kamal Abdulla əmr imzalayıb. Əmrə əsasən, imtahanlar iyulun 5-dək gün ərzində üç növbədə distant (məsafədən) davam edəcək. Gün ərzində 1000-ə yaxın tələbə imtahan verir. İyunun 3-nə olan nəticələrə görə, 986 tələbə imtahan verib, toplanılan ən yuxarı bal 100, ən aşağı bal isə 51olub.
İmtahan zamanı istənilən səbəbdən (elektrik təchizatı, internet şəbəkəsinin itməsi və s.) tələbə ilə görüntü və səs əlaqəsi kəsildikdə həmin tələbə ilə gün ərzində və ya növbəti gün əlaqə saxlanılaraq fərdi şəkildə imtahan götürülür. Bu kimi hallar dekanlıq tərəfindən araşdırılır və fərdi yanaşma tətbiq olunur.
İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və “Qaynar xətt” yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Apellyasiya Komissiyası yaradılıb.

Tehsil-press.az


Oxşar xəbərlər