Bakı Dövlət Universitetində bakalavr pilləsində təhsil alan 4347 tələbə onlayn imtahanlarda iştirak edib

Bakı Dövlət Universitetində bakalavr pilləsində təhsil alan 4347 tələbə onlayn imtahanlarda iştirak edib Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyası uğurla davam edir.
İyulun 2-də bakalavr pilləsində təhsil alan 200 qrup üzrə 4347 (45 nəfəri "SABAH" qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində 13 ixtisaslaşmada 7 fənn üzrə 53 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə 370 tələbə imtahanlarda iştirak edib.
Bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilir. Tələbələrin hamısı imtahanları müvəffəqiyyətlə verib.
Qeyd edək ki, sessiya iyulun 10-da yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər