BDU-nun Apellyasiya Komissiyası fəaliyyətini onlayn davam etdirir

BDU-nun Apellyasiya Komissiyası fəaliyyətini onlayn davam etdirir Bakı Dövlət Universitetində (BDU) iyunun 7-dən başlayan yaz imtahan sessiyasının imtahanları onlayn qaydada şifahi formada uğurla davam edir.
Universitet rəhbərliyi, dekanlar, kafedra müdirləri imtahan prosesinə nəzarət məqsədilə imtahanlarda iştirak edirlər.
Bu günə qədər onlayn keçirilən imtahanlarda iştirak edən tələbələrin əksəriyyəti müvəffəq qiymət alıblar.
Tələbə müraciətlərinin operativ araşdırılması, imtahan nəticələrinin yenidən yoxlanılması və qiymətləndirilməsi məqsədilə universitetin Apellyasiya Komissiyası onlayn fəaliyyət göstərir. Komissiyaya müraciət etmək istəyən tələbələr [email protected] ünvanı və yaxud (+99477) 3046543 nömrəli qaynar xətt vasitəsilə əlaqə saxlaya bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər