Deputat bəzi qazilərə illik 500 manat verilməsini təklif edib

Deputat bəzi qazilərə illik 500 manat verilməsini təklif edib Millət vəkili Razi Nurullayev Vətən müharibəsində iştirak etmiş qazilərin bir qisminə ildə 500 manat pul verilməsini təklif edib.
Deputat qeyd edib ki, müharibədə yaralanmış qazilərin yalnız bir qismi əlillik dərəcəsi alacaq: “Ancaq yerdə qalan 5000 -6000 minə yaxın müharibə iştirakçısı kontuziyalar və. s aldığına görə onlara əlillik dərəcəsi təyin edilməyəcək.
Ona görə də həmin şəxslərin adaptasiyası üçün 5 il ərzində ildə bir dəfə 500 manat pul verilsə, yaxşı olar. İstəmirik ki, onlar şər qüvvələrin təsirinə düşsün və onlardan istifadə edilsin”.

Tehsil-press.az

Oxşar xəbərlər