Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn elmi seminar olub.
Seminarda Kondensə olunmuş hal fizikası şöbəsinin böyük elmi işçisi Ləman Abdullayeva “Metal-yarımkeçirici kontaktında ayrılma sərhədinin xassələri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi elektronikanın inkişafının yeni fiziki və texnoloji ideyalar əsasında mümkün olduğunu qeyd edib.
Metalların nazik təbəqələri inteqral sxemlərin hazırlanmasında bir çox funksiyalar yerinə yetirdiyinə görə onun mikrostrukturunun bu funksiyalara təsirinin öyrənilməsi həm elmi, həm də praktiki əhəmiyyət kəsb edir.
Məruzədə metal-yarımkeçirici kontaktların ayrılma (toxunma) sərhədində baş verən fiziki-kimyəvi proseslərdə metalın daha aktiv tərəfdaş olması göstərilib və polikristal metal təbəqəli qeyri-bircins metal-yarımkeçirici kontaktın elektrofiziki xassələrini əks etdirən nəticələr təqdim olunub.
Sonra məruzəçi sualları cavablandırıb, aparılan təcrübələrin xüsusiyyətlərini izah edib.
Tehsil-press.az