Ukraynada 12 min azərbaycanlı tələbə təhsil alır

Ukraynada 12 min azərbaycanlı tələbə təhsil alır Ukraynada təhsil alan Azərbaycan vətəndaşlarının sayı artan temp üzrə davam edir. Bu barədə Tehsil-press.az-a Ukrayna Təhsil və Elm Nazirliyindən məlumat verilib.
Məlumata görə, hazırda Ukrayna ali təhsil ocaqlarında 12 min Azərbaycan vətəndaşı təhsil alır. Azərbaycanlılar ən çox Kiyev və Xarkov şəhərlərində təhsil alırlar.
Bildirilib ki, son 5 ildə Ukraynada təhsil alan azərbaycanlıların sayı təxminən 3 min nəfər artıb.

Tehsil-press.az

Oxşar xəbərlər