Tibb bacısı ağlayan pasiyenti döydü

Tibb bacısı ağlayan pasiyenti döydü Sosial şəbəkələrdə qışqıraraq ağlayan xəstənin tibb bacısı tərəfindən döyülməsinin görüntüləri yayılıb.
Hadisə Rusiyanın Kostroma şəhərində qeydə alınıb.
Kadrlardan görünür ki, tibb bacısı pasiyenti çevirməyə çalışır, qadın isə ağlayaraq qışqırır. Bundan sonra tibb işçisi onu şillələməyə başlayır və söyür.
Regional səhiyyə idarəsi rəsmi yoxlamanın başladığını elan edib.
“Yoxlama müddətində işçi işdən kənarlaşdırılacaq”, - deyə Səhiyyə Departamentindən bildirilib.
Həmçinin polisin də yoxlamalara başladığı vurğulanıb.

Tehsil-press.az



Oxşar xəbərlər