ADA Məktəbində "Məzun günü" keçirilib

ADA Məktəbində ADA Məktəbində "Məzun günü" keçirilib.
Məktəbdə 2020-2021-ci tədris ili üzrə təhsil alan 190 şagird məzun adını qazanıb. Pandemiya ilə əlaqədar tədbirdə yalnız məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında məzunları və onların müəllimlərini təbrik edib.
"ADA Məktəbinin əsas məqsədi ali təhsil həyatına daha hazırlıqlı şagird-tələbələr yetişdirməkdir. Bu baxımdan, ADA şagirdləri gözləntiləri, onlara olan etimad və inamı doğrultdu", - deyə rektor H.Paşayev bildirib.
ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal deyib: "ADA Məktəbinin unikallığı ondadır ki, burada etibara, əməkdaşlığa, qarşılıqlı hörmət və dəyərə əsaslanan təlim-tədris sistemi mövcuddur. Belə bir sağlam şagird-müəllim münasibəti və məktəb mühiti akademik inkişaf və şəxsiyyət formalaşdırmaq üçün geniş imkan yaradır".
ADA Məktəbinin şagirdi Leyla Sarac məzunlar adından çıxış edərək ADA ailəsinə minnətdarlığını bildirib.
Tədbirdə şagirdlər fərqli janrlarda musiqilər səsləndirib, əyləncəli rəqslərlə çıxış ediblər.
“Məzun günü”nün sonunda sülh rəmzi olan göyərçinlər səmaya buraxılıb. Tədbir mantiya geyinmiş məzunların ənənəvi “papaq atma” mərasimi ilə yekunlaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər