ADU-nun Təbriz küçəsindəki tədris korpusunda Məzun günü keçirilib

ADU-nun Təbriz küçəsindəki tədris korpusunda Məzun günü keçirilib Azərbaycan Dillər Universitetinin (ADU) Təbriz küçəsi 81 ünvanında yerləşən korpusunda Məzun günü keçirilib. Tədbirdə Koreyanın Azərbaycandakı səfirinin katibi Ji Joun Vo, Maksikanın ökəmizdəki səfirinin müavini Alberto Auro Qonsales, Rumıniyanın ölkəmizdəki baş konsulu Kristian Dacica, universitetin müəllimləri, tələbələr, valideynlər iştirak edib.
Məzun günü Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi anılıb. Tələbələrin ifasında beynəlxalq tələbə himni - “Qaudames” səsləndirilib.
ADU-nun rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla məzunları təbrik edib, onlara uğurlar arzu edib: “Tədbirdə iştirak edən və etməyən bütün məzunları universiteti bitirməyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. Sizi inandırıram ki, bir müddət keçəcək və siz universitet üçün çox darıxacaqsınız. Biz müəllimləriniz sizi həmişə burada gözləyəcəyik. Ailələrinizi, doğmalarınızı təbrik edirəm. Arzu edirəm, qarşınıza hansı məqsədi qoymusunuzsa, ona nail olasınız. Cənab Prezidentimizin siyasi iradəsi ilə, uzaqgörən siyasəti ilə əldə etdiyi qələbə Sizin məzun gününüzü daha mənalı edir. Gənc nəslin Vətən naminə, ölkəmizin gələcəyi naminə görəcəyi çox iş var. İnanıram ki, Qarabağ dirçələcək, onun sizin kimi gənc qurucuları gələcəkdə öz uğurlarına baxıb sevinəcək və qürur hissi duyacaqlar”.
Koreyanın Azərbaycandakı səfirinin katibi Ji Joun Vo, Maksikanın ökəmizdəki səfirinin müavini Alberto Auro Qonsales, Rumıniyanın ölkəmizdəki baş konsulu Kristian Dacica, ADU-nun elmi işlər üzrə prorektoru Novruz Məmmədov təhsildə yüksək nəticələr göstərmiş tələbələrə diplomlarını və Fəxri fərman təqdim ediblər, onlara ölkəmizin inkişafı naminə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər