Şuşadan şimal-qərbdə atışma olub - Rusiya MN

Şuşadan şimal-qərbdə atışma olub - Rusiya MN Rusiya Müdafiə Nazirliyi Qarabağda Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat bülleteni dərc edib.
Sənəddə deyilir ki, sülhməramlı kontingent tərəfindən vəzifələrin yerinə yetirilməsi davam etdirilir: “27 müşahidə postunda sülhməramlılar tərəfindən vəziyyətin gecə-gündüz monitorinqi aparılır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edilir.”
Məlumatda, həmçinin atəşkəs rejiminə ümumilikdə əməl edildiyi vurğulanır:“Eyni zamanda, iyulun 13-də saat 20:27-dən 20:53-dək Şuşa şəhərindən şimal-qərb ərazidə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan nizamsız atışma qeydə alınıb. Hər iki tərəfin bəyanatına görə, atəş nəticəsində xəsarət alan yoxdur”.

Tehsil-press.az


Oxşar xəbərlər