“Erasmus+ Mediats” layihəsi çərçivəsində görüş

“Erasmus+ Mediats” layihəsi çərçivəsində görüş Xəzər Universitetində “Erasmus+ Mediats” layihəsi çərçivəsində tərəfdaşların iştirakı ilə virtual görüş keçirilib.
Görüşdə Azərbaycan universitetlərində mediasiya ixtisası üzrə magistr proqramlarının açılması, müvafiq tədris proqramının hazırlanması, mediasiya ixtisaslarına qəbul olunmuş tələbələrin İspaniyanın Mursia Katolik Universitetində təlimlərdə iştirakı və layihənin bir il müddətinə uzadılması məsələləri müzakirə olunub.
Görüşdə mediasiya üzrə MBA proqramına qəbul olmuş tələbələrin sayı, tərtib olunmuş sillabus və kreditlər barədə məlumat verilib. Bildirilib ki, növbəti tədris ilində mediasiya ilə bağlı bir sıra tədbirlərin və seminarların keçirilməsi nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər