Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları “EQAC” layihəsi çərçivəsində təlimlərdə

Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları “EQAC” layihəsi çərçivəsində təlimlərdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (“EQAC”) layihəsi çərçivəsində İspaniyanın Alikante Universiteti və Bakı Biznes Universiteti tərəfindən təşkil olunan təlimlərdə iştirak edirlər.
“Xarici keyfiyyət təminatı və ekspert komissiyasının rolu” mövzusunda martın 18-dək davam edəcək təlimlərdə universitet üç fakültəsi və digər müvafiq strukturlarından 11 əməkdaşı ilə təmsil olunur. Təlimlər yerli universitetlərin nümayəndələrinin iştirakı ilə onlayn formatda davam edir. Növbəti günlərdə xarici auditə hazırlıq, auditin keçirilməsi və rəylərin nəzərə alınması mövzularında seminarların keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər