Dövlət Neft və Sənaye Universitetinin rektoruna Beynəlxalq Ekoenergetika Akademiyasının medalı təqdim olunub

Dövlət Neft və Sənaye Universitetinin rektoruna Beynəlxalq Ekoenergetika Akademiyasının medalı təqdim olunub Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev və qurumun bir qrup nümayəndəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub.
Görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı son illərdə universitetdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev ADNSU-nun ölkədə mühəndis kadrlarının hazırlanmasındakı və texniki elmin inkişafındakı müstəsna rolunu vurğulayıb.
Sonra professor Mustafa Babanlıya Beynəlxalq Ekoenergetika Akademiyasının medal və sertifikatı təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər