Sentyabrda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gələcəyin energetikası: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Beynəlxalq tədbirə hazırlıqla bağlı iyulun 18-də universitetdə müvafiq işçi qrupunun görüşü olub. Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edib, universitetdə bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Rektor, eyni zamanda, beynəlxalq konfransa hazırlıq barədə ətraflı məlumat verib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov müasir energetika sahəsindəki yeniliklərdən bəhs edib, keçiriləcək beynəlxalq konfransın aktual məsələyə həsr olunduğunu bildirib və onun əhəmiyyətini vurğulayıb.
Sonra konfransın proqramı və təşkili ilə bağlı müzakirələr aparılıb.

Hikmət Əliyev