Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Avropa Komissiyasının “Azərbaycanın ali təhsil sistemində tədqiqatın inkişafı və innovasiyanın gücləndirilməsi” layihəsinin rəhbəri Gulda Krzysztof və ekspert Jacek Gajevski ilə görüşüb.
Bildiriblər ki, görüşdə M.Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, elm və innovasiya sahəsində reallaşdırılan tədbirlərdən danışıb, qazanılan uğurları diqqətə çatdırıb.
Sonra müvafiq layihə çərçivəsində birgə əməkdaşlıq barədə geniş müzakirələr aparılıb.
Qeyd edək ki, layihənin məqsədi ali təhsil sistemində tədqiqatların inkişafı və innovasiya siyasətinin gücləndirilməsinə dəstək göstərməkdir.

Mətbuat Xidməti