Gürcüstanın Marneuli rayonunun Candar kəndində yeni inşa olunan 300 şagird yerlik azərbaycandilli məktəbin inşası başa çatıb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneuliyə səfəri çərçivəsində məktəbə baş çəkib. Onu təhsil və elm naziri Mixeil Çxankeli, parlamentin sədri Kaxa Kuçava, regional inkişaf və infrastruktur naziri İrakli Kerseladze, parlamentin deputatı Zaur Dargalli və digər rəsmi şəxslər müşayiət ediblər.
Bildirilib ki, 300 şagird üçün nəzərdə tutulan ictimai məktəb dövlət büdcəsi hesabına inşa olunub. Layihənin ümumi dəyəri 3 milyon 882 min lari təşkil edib. Müasir standartlara cavab verən təhsil ocağında açıq və qapalı idman meydançaları, kitabxana, laboratoriyalar və müxtəlif sinif otaqları yaradılıb. Məktəb yeni dərs ilindən etibarən şagirdləri qəbul etməyə hazırdır.
Baş nazir məktəblə tanış olub, tövsiyə və tapşırıqlarını verib.
Tehsil-press.az