Azərbaycanlı şagirdlər TIMSS 2019 – Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirməsində riyaziyyat üzrə 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bu rəqəm TIMSS 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artım deməkdir. Beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən, azərbaycanlı şagirdlər Fransa, İspaniya, Yeni Zelandiya kimi inkişaf etmiş ölkələrdən olan həmyaşıdlarından yüksək nəticə göstəriblər, eyni zamanda, Cənubi Qafqazda ən yüksək göstəriciyə nail olublar.
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov: “Şagirdlərimizin riyaziyyat fənni üzrə nəticələrinin Avropanın bir sıra inkişaf etmiş ölkələrindən öndə, Cənubi Qafqazda isə ən yaxşı olması sevindirici haldır. Eyni zamanda, təbiət fənləri üzrə bu nəticəyə çatmalıyıq”.
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı: “Düşünürəm ki, riyaziyyatdakı uğurlarımız digər elmlərdəki uğurlara cığırdır. Bu sahədə ancaq irəliyə baxmalıyıq”.
Türkiyənin İstanbul Texnik Universitetinin professoru Elimxan Mahmudov şagirdlərin riyaziyyat göstəricilərini təqdir etdiyini və bunun gələcək illərdə digər beynəlxalq qiymərləndirmələrdə davam etməsinin vacibliyini diqqətə çatdırıb.
Almaniyanın Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev bildirib ki, şagirdlərin riyaziyyat üzrə nəticələri yeni baxış üçün imkan yaradır: “Eyni zamanda, təbiət fənləri üzrə sistemli iş aparmaq qarşıya məqsəd kimi qoyulmalıdır. Unutmaq olmaz ki, XXI əsr həm də təbiət elmlərinin yeni kəşfləri ilə yadda qalacaq”.
ABŞ-ın Florida Texnologiya İnstitutunun professoru Uğur Abdulla qeyd edib ki, 58 ölkə arasında 28-ci mövqedə olmaq yaxşı nəticədir. Bu göstərici Azərbaycanda orta məktəblərin aşağı siniflərində riyaziyyatın tədrisinin dünya orta standartlarına uyğun olması deməkdir.
Tehsil-press.az