Maykl Kollins dünyasını dəyişdi

Maykl Kollins dünyasını dəyişdi Aya kosmik uçuşun ilk iştirakçılarından olmuş NASA astronavtı Maykl Kollins dünyasını dəyişib.
Bu barədə onun yaxınları Tvitterdə məlumat yayıb. 90 yaşlı Kollins xərçəng xəstəliyindən vəfat edib. O, ömrünün son günlərini doğmaları ilə keçirib.
Qeyd edək ki, Maykl Kollins “Apollon-11” kosmik gəmisinin komanda modulunun pilotu olub. Gəminin Ay modulu 1969-cu ildə Nil Armstronq və Bazz Oldrinlə birlikdə ilk dəfə Aya enib. Kollins bu zaman öz həmkarlarını dairəvi orbitdə gözləyirdi.

Tehsil-press.az


Oxşar xəbərlər