Məleykə Abbaszadə: Bu günədək 7761 subbakalavr müxtəlif ixtisaslar üzrə sənədlərini verib

Məleykə Abbaszadə: Bu günədək 7761 subbakalavr müxtəlif ixtisaslar üzrə sənədlərini verib Bu günədək 7761 subbakalavr müxtəlif ixtisaslar üzrə sənədlərini verib. Onlardan 2700-ü I qrup, 2800-ü II qrup, 1345-i III qrup üzrə sənəd verib. Ümumilikdə bu il 19337 subbakalavr var.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) feysbuk səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə V ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə, həmçinin ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlara ixtisas seçimi zamanı diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verərkən deyib.
Xatırladaq ki, ixtisas seçimi avqustun 20-dən başlanıb və 30-dək davam edəcək. DİM-in Direktorlar Şurasının sədri avqustun 23-də II və III, avqustun 24-də I və IV ixtisas qrupları üzrə abituriyentlərin suallarını cavablandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər