Azərbaycanla Qazaxıstan arasında viza haqda sənədə dəyişiklik edilib

Azərbaycanla Qazaxıstan arasında viza haqda sənədə dəyişiklik edilib Azərbaycan və Qazaxıstan arasında 2 oktyabr 2009-cu il tarixdə imzalanmış vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə Protokol şəklində dəyişikliklər edilib.
Həmin Protokolla Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aşağıdakı dəyişiklik edilib:
- Bir tərəfin dövlətinin vətəndaşı digər tərəfin dövlətinin ərazisində 30 gündən artıq müddətdə qaldıqda, həmin vətəndaş qaldığı tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq həmin dövlətin səlahiyyətli qurumlarında qeydiyyatdan (yerləşmə yeri üzrə uçota durmaq) keçməlidir.
Bununla da, Azərbaycanda 30 gündən artıq müvəqqəti olmaq istəyən Qazaxıstan Respublikasının vətəndaşları bu müddət ərzində olduqları yer üzrə qeydiyyata düşməlidirlər.

Tehsil-press.az


Oxşar xəbərlər