Biofizika İnstitutunun əməkdaşı Fransanın Monpelye Universitetində tədqiqat aparacaq

Biofizika İnstitutunun əməkdaşı Fransanın Monpelye Universitetində tədqiqat aparacaq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunun əməkdaşı, İnteqrativ biologiya laboratoriyasının kiçik elmi işçisi Zərifə Osmanlı AMEA-nın və Fransanın Monpelye Universitetinin birgə təşkil etdiyi ikili doktorantura proqramının qalibi olub.
Bununla bağlı gənc tədqiqatçı iki il müddətinə Fransanın Monpelye Universitetinə ezam edilib.
Zərifə Osmanlının iki il müddətində həmin proqram çərçivəsində Monpelye Universitetinin Struktur Biologiyası Tədqiqat Mərkəzində professor Andrey Kajava ilə birgə “Zülallarda amiloidogen xüsusiyyətli rayonların analizi üçün bioinformatik proqramların yaradılması və tətbiqi” mövzusunda tədqiqat aparması nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər