Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi, tədris prosesinin təkmilləşdirilməsi, təhsilalanların və təhsilverənlərin birgə fəaliyyətinin yeni metod və vasitələrlə daha keyfiyyətli nəticələr əldə olunması istiqamətində bir sıra əhəmiyyətli işlər görülmüşdür. Bu məqsədlə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Fullbright proqramı çərçivəsində Lehigh Universitetinin professoru, təhsil üzrə ekspert xanım Jill Sperandio ADPU-ya səfər etmişdir.
Səfər müddətində ADPU-nun rektoru, professor Cəfər Cəfərov, prorektorlar, tələbə təşkilatları ilə görüşlər keçirmiş, Kitabxana-İnformasiya Mərkəzi, Oxu zalı, kompüter və elmi-tədqiqat laboratoriyaları ilə tanış olmuş, fəaliyyətləri ilə maraqlanmışdır. Görüşlər zamanı ADPU-da aparılan islahatlar, tədris prosesinin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlər, ali təhsil müəssisəsi kimi qarşıya qoyulan məqsədlər, təhsilin keyfiyyətinin təmin edilməsi məqsədilə istifadə edilən mexanizmlər, eyni zamanda yeni yaradılmış şöbələrin fəaliyyətlərini necə təşkil edəcəkləri istiqamətlərində müzakirələr aparılmış, ADPU tələbələri haqqında müfəssəl məlumatlar verilmişdir. Bunlarla yanaşı, xanım Jill Sperandionun ADPU-da olduğu müddətdə hədəf qruplarda keçirəcəyi nəzərdə tutulmuş səmərəli öyrətmənin ən yaxşı təcrübələrinə dair təqdimatlar və silsilə seminarlar müzakirə olunmuşdur.
Qeyd edək ki, Fullbright proqramı çərçivəsində ölkəmizdə səfərdə olan professor xanım Jill Sperandio 4 ay müddətində ADPU-da fəaliyyət göstərəcək.
Fullbright proqramı tədqiqat aparmaq, mühazirələr oxumaq və yaxud birgə mühazirə-tədqiqat aparmaq istəyən müxtəlif elmi dərəcəli tədqiqatçılar, təhsil müəssisələrindən ekspertlər və universitet mühazirəçiləri üçün nəzərdə tutulmuş qeyri-dərəcə, doktorantura sonrası təqaüd proqramıdır. Təqdim olunan mühazirə və ya tədqiqat layihələrinin müddəti 6 aydan çox olmamalıdır. Onu da qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi hər il 5 nəfərə qədər namizəd seçir. Proqram Azərbaycanda oktyabr ayında elan olunur.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi