Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan müsabiqəyə məqalə qəbulu başa çatıb

Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan müsabiqəyə məqalə qəbulu başa çatıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan müsabiqəyə məqalə qəbulu yekunlaşıb.
Müsabiqənin keçirilməsində məqsəd universitetin professor-müəllim heyəti və tələbələrinin dövlət müstəqilliyinin bərpası ilə bağlı dövri mətbuatda məqalə dərc etdirmələrinin təşviqidir.
Təqdim olunmuş məqalələr UNEC-də yaradılmış komissiya tərəfindən dəyərləndiriləcək və qaliblər mükafatlandırılacaq.
Professor-müəllim heyəti üçün mükafatın məbləği I yer üzrə 500 manat, II yer üzrə 300 manat, III yer üzrə 200 manat, tələbələr üçün mükafatın məbləği I yer üzrə 300 manat, II yer üzrə 200 manat, III yer üzrə 100 manat müəyyənləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər