Ədavətləri olan ailəni atəşə tutdular - 12 yaralı

Ədavətləri olan ailəni atəşə tutdular - 12 yaralı Türkiyənin İzmir şəhərində iki nəfər ədavətləri olan ailəyə silahla hücum edib.
Hücum nəticəsində biri körpə, beşi uşaq olmaqla, 12 nəfər yaralanıb.
Hadisə İzmirin Güney məhəlləsində baş verib. Burada yaşayan iki ailə arasında uzun müddətdir davam edən ədavət səbəbindən iki nəfər özləri ilə gətirdikləri tüfənglərlə aralarında körpə və uşaqların da olduğu insanlara atəş açıblar.
Yaralılar Tepecik və Bozkara Tədris və Araşdırma Xəstəxanalarına çatdırılıblar.
Hadisə zamanı yaralanan bir yaşlı körpəyə yeddi qəlpə dəyib və vəziyyəti ağırdır.
Cinayətkarlar saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər