Azərbaycan Dillər Universitetində (ADU) Almaniyanın müxtəlif universitetlərində təhsil alan tələbələrlə görüş keçirilib.
Germanistika İnstitutunun təşkilatçılığı ilə reallaşan yay məktəbinin açılış günü tələbələrin yaddaşına unudulmaz tarixi anlar kimi həkk olunub. Belə ki, tələbələr ADU-nun təhsil və tədris mərkəzləri ilə tanış olub, müəllimlərlə fikir mübadiləsi aparıblar. Yay məktəbində ölkəmizdə qonaq olan alman tələbələrə Azərbaycan Respublikasının ictimai, iqtisadi və mədəni həyatının müxtəlif sahələri haqqında məlumat verilib, ADU-nun təhsil sistemi ilə bağlı bir sıra yeniliklər təqdim olunub.
Universitetin rektoru akademik Kamal Abdulla xarici tələbələrlə görüşündə onlara bu yay məktəbini səmərəli şəkildə keçirmələrini, Azərbaycan haqqında dolğun informasiyaların əldə olunmasının vacibliyini önə çəkib. Həmçinin tələbələrə Azərbaycan dili və tarixi ilə bağlı maraqlı faktların əldə edilməsi baxımından bu yay məktəbinin əlverişli olması vurğulanıb. Yay məktəbi tələbələrin Azərbaycanın müxtəlif bölgələrinə səfərləri ilə davam edəcək.
Tehsil-press.az