Qarabağın baş tacı olan Şuşa şəhərinin hər qayası, hər daşı özündə böyük bir tarix yaşadır. Ona görə də burada həmin tarixin izlərini günümüzə qədər gətirib çıxaran çoxlu yer adları var. Həmin yerlərin adları əsasən ya hər hansı tarixi hadisə, ya da coğrafi məkanla əlaqədardır.
“Şuşa qalası ərazisinin ən uca yeri Üçmıx zirvəsidir. Cıdır düzünün qərb tərəfində bir-birinin arxasında yerləşən pilləkənə oxşar üç hündürlükdən ibarət olduğuna görə həmin təpələrə “Üçmıx” adı verilib.
Üçmıxın cənub tərəfində - Cıdır düzündə səfalı bir yerdə - sıldırım qayalar arasında təbii Ağzıyastı kaha yerləşir. Kahanın qarşısında iyirmi-otuz kvadratmetrlik kiçik bir düz sahə Ağzıyastı kaha, bəzən də “Sulu kaha” adlandırılır. XIX əsrin yetmişinci illərində dövrünün tanınmış ziyalısı, şair və musiqişünas-alim Mir Möhsün Nəvvab Qarabaği kahaya əl gəzdirərək istifadə üçün qaydaya salmış, içərisindəki daşa öz adını və tarixini yazdırtmışdı. Təxminən qırx nəfər adam tutan kahada o, adətən yay aylarında ədəbi-musiqili məclislər keçirirdi. Bir qayda olaraq bura rəhbərlik etdiyi “Məclisi-fəramuşan” dərnəyinin üzvləri, xanəndələr və çalğıçılar, şəhərə gələn qonaqlar dəvət olunurdu. Orada ədəbiyyata, rəssamlığa və musiqi sənətinə aid maraqlı söhbətlər aparılır, yeni şeirlər oxunub təhlil edilir, ustad sənətkarların yaradıcılığından söhbət açılırdı. Məclisin axırında isə xanəndələrin ifasında muğam və xalq mahnıları səslənirdi.
Qırxpilləkənə bəzən “Dəlikdaş” da deyilir, Şuşadan Daşaltıya olan məsafəni qısaltmaq məqsədilə düzəldilmişdi. Şəhərin cənub-qərb hissəsində - Cıdır düzündəki iri dağ yarığında iki cərgə dik qayanın arasında yerləşir. Yol qırx ədəd saxsı daşdan hazırlanmış kobud təbii dolama pilləkəndən ibarətdir. Eni iki-üç metr, pillələrinin hündürlüyü yarım metrdən bir metrə qədərdir. Sonralar naməlum daşyonan ustalar enib-çıxmaq rahat olsun deyə pillələrə müəyyən qədər əl gəzdirmiş, onları möhkəm şəkildə hamarlayaraq qaydaya salmışlar. Qırxpilləkən Azərbaycan şair və yazıçılarının əsərlərində dəfələrlə tərənnüm olunub.
Xanlıq qoruğu cıdır yarışları keçirmək üçün nəzərdə tutulmuş düzənlik bir sahə idi. Yarışlar burada həftənin cümə günləri axşama üç saat qalmış başlanırdı. Qaliblər müxtəlif mükafatlarla təltif olunurdular. Atçapma yarışları növbə ilə bir dəfə Xanlıq qoruğunda, o biri dəfə isə Cıdır düzündə keçirilirdi.
Gövhər ağalıq Şuşanın ən gözəl guşəsində əzəmətli malikanə idi. İbrahimxəlil xan Cavanşirin qızı Gövhər ağa bu malikanə ilə şəhər arasında böyük daş körpü də çəkdirmişdi. Həmin ərazi ona məxsus olduğuna görə “Gövhər ağalıq” adlanırdı.
Meydan şəhərin mərkəzi hissəsində, Rastbazar küçəsinin qurtaracağında geniş bir sahə idi, “Böyük meydan”, “Baş meydan” da adlandırılır. Sol tərəfində “Böyük məscid”, yəni “Yuxarı Gövhər ağa məscidi”, üst tərəfində Mirsiyabovun karvansarası yerləşir. Meydanın tən ortasında daşdan yonulmuş Meydan bulağı var idi. Keçmişdə buradan kişilər tuluqlarla su aparıb satır, qadınlar isə qablarını doldurub evlərinə su daşıyardılar. Bu meydanda alan da vardı, satan da, təzə xəbərlərə müştaq olan da, söhbət-həkət müştəriləri də. Zarafatcıl, baməzə adamlar da üç bir-beş bir oturub söhbət edirdilər. Xanlıq dövründə burada hərbi oyunlar və parad keçirilir, çövkən yarışları təşkil edilirdi. Günün ikinci yarısı isə löhrəm atlarla gəzinti başlayırdı. Qarabağ hakimi İbrahimxəlil xan Cavanşir hər il bu meydanda bayram şənlikləri, xüsusilə Novruz bayramı keçirir, döyüşlərdə fərqlənən əsgərlərə və qoşun başçılarına xələt, at, silah və s. hədiyyələr bağışlayırdı, bir qayda olaraq, kasıb-kusuba pay-pürüş verirdi. Eyni zamanda, burada Aşura günü dini mərasimlər keçirilirdi. Həmin meydan sonralar da şəhərin baş meydanı funksiyasını daşımışdır.
Bazar başı meydanı Qapandibi bazarından gedən sıx-sıx və cərgə ilə tikilmiş dükanları olan küçənin qurtaracağında, Xan qızı Natəvanın evinə yaxın şəhər bağının qarşısındadır. Meydanın ətrafında müxtəlif dükanlar və karvansara vardı. Bura şəhərin ən izdihamlı, ictimai qaynar həyatlı mərkəzi, qələbəlik yeri idi. Bazar başı meydanında gecə yarısına qədər adam olurdu. Şuşaya gələn hər kəs ilk dəfə burada görüşər, yola düşən isə buradan keçib-gedərdi. Bir çox ictimai binalar, o cümlədən rayon partiya komitəsinin binası və şəhər mədəniyyət evi “Bazar başı meydanı”nda yerləşirdi.
Divanxana qabağı “Bazar başı meydanı”ndakı şəhər bağının içərisində əyləncə və istirahət yeri idi. Keçmiş Qarabağ xanlığının divanxanasının qarşısında olduğu üçün bu cür adlandırılmışdı. Burada şəhərin hörmətli şəxslərinin və qocaların istirahət etməsi üçün oturacaqlar düzəldilmiş və hər cür şərait yaradılmışdı.
Xannişin - “xan oturan yer” deməkdir. Çuxur məhəllədə - Bəylik eşiyində Şahnişinlə üzbəüz idi, xanlığın cəbbəxanası da burada yerləşirdi. İstər Pənahəli xan Cavanşir, istərsə də sonralar İbrahimxəlil xan Cavanşir hər hansı bir fövqəladə vəziyyət yaranarkən burada təcili olaraq müşavirə çağırır, gələcək döyüşlər barədə məşvərət edir, əməliyyat planları cızır, müdafiə tədbirləri hazırlayır, ordunu və qoşunun tərkibini, sayını, taktiki gedişlərini nəzərdən keçirir, əmrlər verirdilər. Eyni zamanda, əyanları ilə birlikdə qonaq-qara qarşılayırdılar.
Ağa Məhəmməd şah Qacar 1795-ci və 1797-ci illərdə Şuşanı mühasirədə saxlayarkən Topxanadan Xannişini dəfələrlə top atəşinə tutmuş, təkcə qala divarlarına deyil, həmçinin xanlara və xanzadələrə məxsus saray və imarətləri dağıtmışdı.
Qaya başı Şuşada tarixi yer adıdır, Böyük Qurdlar məhəlləsində yerləşirdi. Qarabağ xanlarının sarayları, Pənahəli xanın cəbbəxanası da bu sal qaya üzərində idi. Son vaxtlara qədər həmin tikililərin xarabalıqları, darvazaları və qala bürcləri qalmışdı.
Bəylik eşiyi Çuxur məhəllədə Daşaltı çayının sol sahilindəki sıldırım qayaların üst tərəfində Qaya başında idi. Qarabağ xanlarına məxsus saraylar və imarətlərin demək olar ki, hamısı burada yerləşirdi. Həmin ərazidə yalnız xanlar və xanzadələr yaşayırdı”.
Tehsil-press.az