BSU-nun müəllim və tələbəsi “Proqramlaşdırmanın əsasları” təlimini yüksək göstəricilərlə başa vurublar

BSU-nun müəllim və tələbəsi “Proqramlaşdırmanın əsasları” təlimini yüksək göstəricilərlə başa vurublar Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının müəllimi, Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin əməkdaşı Nurlan Məmmədov və Azərbaycan filologiyası fakültəsinin III kurs tələbəsi Əli Nağızadə Koreya təhsil standartları əsasında yaradılmış layihə çərçivəsində “Proqramlaşdırmanın əsasları” üzrə 3 aylıq kursu yüksək göstəricilərlə başa vurublar.
“Proqramlaşdırmanın əsasları” təlimini C dilində proqramlaşdırma üzrə müvəffəqiyyətlə başa vurmalarını təsdiq edən sertifikatları Nurlan Məmmədova və Əli Nağızadəyə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Nigar Nəsrullayeva təqdim edib və onlara gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər