Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova Azərbaycan təhsilinin böyük nailiyyətlərlə zəngin tarixi bir yol keçdiyini deyib. Bildirib ki, Azərbaycanın maarif, təhsil tarixinə şanlı səhifələr yazmış Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin keçdiyi şərəfli yolun bu gün gənclər tərəfindən dərindən öyrənilməsi milli ənənələrin yeni məzmunda yaşadılması baxımından çox gərəklidir. Sevinc Axundova seminariyanın xalqımıza bəxş etdiyi görkəmli simalardan da söz açıb. Qeyd edib ki, seminariyanın Azərbaycan şöbəsi tərəfindən XIX sonu - XX əsrin əvvəllərində azərbaycanlılardan ibarət müəllim kadrlarının hazırlanmasında mühüm işlər görülüb.
Sonra Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi haqqında videoçarx təqdim olunub.
Tədbirdə Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Svetlana Balakişibəyli “Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin açılması”, kafedranın müəllimlərindən Vüsalə Qurbanova “Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin inspektoru O.A.Çernyayevski”, Səbinə Cəfərova ”Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin ilk məzunu S.Vəlibəyov” mövzularında məruzələrlə çıxış ediblər. Bildirilib ki, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin ölkəmizdə xalq məktəbinin yaranması və maarifçiliyin inkişafında müstəsna xidmətləri olub. Bu seminariyanı bitirmiş məzunların böyük əksəriyyəti Azərbaycanın ucqar qəza və kəndlərində pedaqoji fəaliyyət göstərib, xalqın savadlanmasına çalışaraq, onları cəhalətin, geriliyin əsarətindən qurtarmağa çalışıb.
Sonra BSU-nun tələbələri Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin məzunlarından olan Səfərəli bəy Vəlibəyov, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli və digərlərinin maarifçilik fəaliyyəti barədə fikirlərini səsləndiriblər.
Daha sonra Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Həyat Abdullayevanın “Nəriman Nərimanovun pedaqoji fəaliyyəti”, kafedranın müəllimi Aynur Qasımovanın “Rəşid bəy Əfəndiyevin pedaqoji fəaliyyəti”, Pedaqoji fakültənin tələbəsi Şəfəq Əliyevanın “Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyəti” mövzularında məruzələri dinlənilib.

BSU-nun Mətbuat Xidməti