Deputatlar yeni Mədəniyyət Strategiyasını müzakirə edəcək

Deputatlar yeni Mədəniyyət Strategiyasını müzakirə edəcək Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verib. İş planına əsasən, qarşıdakı sessiyada “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi ilə yanaşı, komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması diqqət mərkəzində olacaq.
Bundan başqa, komitədə dinləmələrin keçirilməsi, xüsusən də Prezidentin tapşırığı ilə hazırlanmaqda olan Mədəniyyət Strategiyası ilə bağlı Milli Məclisdə geniş müzakirələrin aparılması nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər