“Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupun may ayında yaradılması nəzərdə tutulur.
Bunu Tehsil-press.az-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəylinin sözlərinə görə, “Peşə təhsili haqqında” qanun layihəsi III oxunuş üçün müzakirələrdən keçdikdən sonra “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsi üzərində işin aparılması nəzərdə tutulur:
“Yəqin ki, may ayında “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradılacaq və bu sahə üzrə dünya təcrübəsi öyrəniləcək”.
Tehsil-press.az